
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da Suriya prezidenti ilə görüşəcək.
APA-nın Türkiyə bürosunun məlumatına görə, Rəcəb Tayyib Ərdoğan ABŞ-da Suriya Prezidenti Əş-Şaara ilə görüşəcək.
ABŞ səfərindən öncə mətbuatın suallarını cavablandıran Ərdoğan vurğulayıb ki, Suriyanın daha da güclənməsi üçün bütün imkanlar səfərbər ediləcək:
“BMT Baş Assambleyası çərçivəsində Amerikada, Türk Evində onlarla görüşmək fürsətimiz olacaq. Suriyanı tək buraxmayacağıq”.
Dəryanur Cəfərova