
Bakı. Trend:
Nizami və Suraxanı rayonlarında oğurluq edənlər
saxlanılıblar.
DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Paytaxtın Nizami
rayonunda bir nəfərə məxsus avtomobildən oğurluq olub.
Zərərçəkən şəxs polisə müraciət edərək nəqliyyat vasitəsindən
1000 manatının talanmasını bildirib. Nizami RPİ 24-cü Polis Şöbəsi
əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli
bilinən 29 yaşlı E.Musayev müəyyən edilərək saxlanılıb.
Suraxanı rayonunda isə evlərin birindən 1000 manat talamaqda
şübhəli bilinən paytaxt sakini 29 yaşlı M.Abdullayev də polis
əməkdaşları tərəfindən şübhəli şəxs qismində müəyyən olunaraq
saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.