
Paytaxtın Nizami rayonunda bir nəfərə məxsus avtomobildən oğurluq olub.
Metbuat.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Zərərçəkən şəxs polisə müraciət edərək nəqliyyat vasitəsindən 1000 manatının talanmasını bildirib. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı E.Musayev müəyyən edilərək saxlanılıb.
Suraxanı rayonunda isə evlərin birindən 1000 manat talamaqda şübhəli bilinən paytaxt sakini 29 yaşlı M.Abdullayev də polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.