UEFA İsraili yarışlardan kənarlaşdıra bilər

Baş səhifə

UEFA İsrail komandalarını öz turnirlərindən kənarlaşdıra bilər.

Modern.az xəbər verir ki, qurum bununla bağlı iclas keçirməyi planlaşdırır.

Qadağa qəbul edilərsə, İsrail millisi DÇ-2026-nın seçmə mərhələsindən, “Makkabi Təl-Əviv” isə UEFA Avropa Liqasından kənarlaşdırılacaq.

Avqustun 13-də İtaliyanın Udine şəhərində keçirilən UEFA Superkuboku matçından əvvəl UEFA “Uşaqları öldürməyə son, mülki insanları öldürməyə son” yazılı banner təqdim edib. Eyni zamanda, qurumun mətbuat xidməti X sosial şəbəkədə “Mesajımız aydındır” yazısı dərc edib.

Qeyd edək ki, UEFA eyni qərarı Ukraynaya hərbi təcavüz edən Rusiya üçün də verib.