Biləsuvarda sürücü ürək tutmasından öldü

Baş səhifə

Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1972-ci il təvəllüdlü Mirzəyev Mirzə Xıdır oğlu minik avtomobilini idarə edərkən halı qəfildən pisləşib. Daha sonra avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Hadisə yerində həyatını itirən sürücünün ürək tutmasından vəfat etdiyi bildirilir.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir