
Bakı. Trend:
Bakıda təşkil olunan Azərbaycan Qran-Prisi çərçivəsində Formula
1 üzrə əsas yarış start götürüb.
Trend xəbər
verir ki, mübarizə 10 komanda və 20 pilot arasında keçir.
Yarışa “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks
Ferstappen “Pole” mövqeyindən başlayır. O, sıralama turunda ən
yaxşı nəticəni göstərib.
“Williams”in üzvü ispaniyalı Karlos Sayns ikinci, “Racing
Bulls”dan yeni zelandiyalı Liam Louson üçüncü olub.
İlk sərbəst yürüşdə “McLaren” komandasının britaniyalı pilotu
Lando Norris, ikinci sərbəst yürüşdə “Ferrari”nin üzvü britaniyalı
Lyuis Hemilton, üçüncü sərbəst yürüşdə “McLaren”dən britaniyalı
Lando Norris birinci olub.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə bu gün yekun
vurulacaq.