Taliban Trampın Baqram hərbi bazasının ABŞ-a qaytarılması tələbinə sərt reaksiya verdi

Baş səhifə

Taliban ABŞ prezidenti Donald Trampın hazırda Əfqanıstan rejiminin nəzarətində olan Baqram aviabazasının yenidən Amerika nəzarətinə verilməsi çağırışına kəskin cavab verib.

APA xəbər verir ki, bu barədə Bloomberg yazır.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Fasihuddin Fitrat bildirib ki, Əfqanıstan tamamilə müstəqildir, onu öz xalqı idarə edir və heç bir xarici dövlətə tabe deyil: “Biz heç kimdən qorxmuruq”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “Truth” hesabında yazıb ki, Əgər Əfqanıstan Baqram aviabazasını onu tikənlərə, yəni Amerika Birləşmiş Ştatlarına qaytarmasa, pis şeylər baş verəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir