Formula 1 Azərbaycan Qran Prisinin açılışı muğamla yadda qaldı

Baş səhifə

Bakı. Trend:

Bakı Şəhər Halqasında keçirilən Formula 1 Qatar Airways
Azərbaycan Qran Prisi 2025-in rəsmi açılış mərasimi Azərbaycan
Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə baş tutdu.

Trend xəbər verir
ki, bu il himnimiz dünya şöhrətli xanəndə, Azərbaycanın Xalq
artisti Alim Qasımov və Fərqanə Qasımovanın təqdimatında
səsləndirildi.

Onların bənzərsiz ifası xüsusi səhnə kompozisiyası və üçrəngli
bayrağımızı simvolizə edən vizual həllər ilə müşayiət olundu.
Açılışda həmçinin milli simvolumuz – səkkizguşəli ulduz da
nümayişin bir hissəsi kimi təqdim edildi.




Qeyd edək ki, Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən
“Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsəri” elan olunub,
2008-ci ildə isə Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya
daxil edilib. Bu fakt muğamın Azərbaycan mədəniyyətinin ən dəyərli
irs nümunələrindən biri kimi dünyada tanındığını bir daha
təsdiqləyir.

Milli musiqi irsimizi və mədəniyyətimizi əks etdirən bu
unudulmaz an Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in
final yarışına rəsmi start verdi.