
Bakı. Trend:
Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa BMT Baş
Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Vaşinqtona
gəlib.
Trend xəbər verir ki, bu
barədə Syria TV telekanalı məlumat verib.
Məlumata görə, bu, 1967-ci ildən bəri suriyalı prezidentin ABŞ-a
ilk rəsmi səfəridir.
Gözlənilir ki, bu səfər Suriya ilə ABŞ arasında diplomatik
münasibətlərin bərpasını, o cümlədən Vaşinqtonda Suriya
səfirliyinin rəsmi açılışını müzakirə etmək imkanı yaradacaq.