
Bakı. Trend:
Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin Azərbaycan
Respublikasına rəsmi səfəri sentyabrın 21-də başa çatıb.
Trend xəbər verir ki, hər iki
ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq
Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.
Ruanda Prezidenti Pol Kaqameni Azərbaycanın Baş nazirinin
müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Samir Şərifov
və digər rəsmi şəxslər yola saldılar.