Sevdiyi qızın başqası ilə nişanlanacağını bildi,

Baş səhifə

Gəncə şəhərində 18 yaşlı oğlan döyülüb.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Tərtər rayon Şırxarx qəsəbə sakini Fərid Qasımzadə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Ona ilkin yardım göstərilib, lakin vəziyyəti ağırdır. İlkin məlumata görə, F. Qasımzadə tanımadığı şəxs və ya şəxslər tərəfindən döyülərək yol kənarına atılıb.

Faktla bağlı araşdırma başlanılıb.

İlkin araşdırma zamanı məlum olub ki, F.Qasımzadə sevdiyi qızla görüşmək üçün Tərtərdən Gəncəyə gedib.

Lakin qız görüşə gəlməyib və başqa şəxslə nişanlanacağını deyib. Bundan sonra spirtli içki qəbul edən gənc yol kənarında özünə xəsarət yetirib, ona tibbi yardım göstərilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir