Azərbaycan Özbəkistanda beynəlxalq festivalda təmsil olunub

Baş səhifə

Bakı. Trend:

Özbəkistanın Kokand şəhərində keçirilən III Beynəlxalq Xalq
Tətbiqi Sənət Festivalı və Beynəlxalq Dulusçuluq Forumu
çərçivəsində iştirakçı dövlətlərin sərgisi keçirilib. Sərgidə
ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyin nəzdində Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Bu barədə Trend
Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Mərkəzin guşəsində Azərbaycan mədəniyyəti, tarixi
və dövlətçiliyinə dair nəşrlər, həmçinin özbək dilində çap olunmuş
kitablar təqdim olunub. Bununla yanaşı, Azərbaycan sənətkarlarının
hazırladıqları suvenirlər, əl işləri, xalçalar və digər məhsullar
da nümayiş etdirilib.




Sərgidə həmçinin Bakıdan gəlmiş xalçaçı rəssam, miniatür ustası
Ağasadıq Süleymanovun əsərləri təqdim olunub. Ziyarətçilər
Azərbaycan Mədəniyyət Mərkəzinin guşəsi ilə tanış olaraq milli
mədəniyyətimizi əks etdirən nəşrlər və sənət nümunələri ilə tanış
olublar. Qonaqlar şəkərbura, paxlava və digər milli
şirniyyatlarımızdan da dadıblar.

Tədbirlərdə dünyanın 70 ölkəsindən gələn sənətkarların əl işləri
nümayiş etdirilib.