Güləşçimiz Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu

Baş səhifə

Bakı. Trend:

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatına
yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, son yarış
günündə yunan-Roma güləşi üzrə 63, 67 və 87 kq-da medalçılar
müəyyənləşib.




İkinci dəfə dünya çempionatının finalına yüksələn Həsrət Cəfərov
(67 kq) həlledici görüşdə iranlı olimpiya çempionu Səid Esmaili ilə
qarşılaşıb. Rəqibinə minimal fərqlə (1:2) məğlub olan güləşçimiz
növbəti dəfə dünya çempionatında gümüş medal qazanıb. Bu, onun
böyüklər arasında 3-cü (2 gümüş, 1 bürünc) DÇ medalı olub.

Bununla da yunan-Roma güləşçilərimizin mundialda medalların sayı
4-ə çatıb. Xatırladaq ki, daha öncə Ülvü Qənizadə (72 kq) qızıl,
Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medalı
boynundan asıb.