Bu ilin ikinci Günəş tutulması başlayıb

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 21-də saat 21:29-da ilin ikinci Günəş tutulması
başlayıb. Bu, qismən Günəş tutulmasıdır.

Trend-in
məlumatına görə, bu barədə Bakı Dövlət Universitetinin Fizika
fakültəsinin Astrofizika kafedrasından bildirilib.




Məlumata əsasən, tutulma hadisəsi sentyabrın 22-si saat 01:53-də
sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43-də
olacaq.

Tutulma hadisəsi Sakit okean, Yeni Zelandiya və Antarktidada
görünəcək, lakin Azərbaycan ərazisindən müşahidə olunmayacaq.