İngiltərə Premyer Liqası: “Arsenal” evdə “Mançester Siti” ilə bərabərə qaldı

Baş səhifə

Bakı. Trend:

İngiltərə Premyer Liqasında V turun maraqlı görüşü
keçirilib.

Trend-in
məlumatına görə, “Arsenal” doğma meydanda “Mançester Siti”ni qəbul
edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.




Hesabı qonaqların heyətində Erlinq Holand açıb. London
təmsilçisi isə Qabriel Martinellinin 90+3-də vurduğu qolu ilə
hesabı bərabərləşdirb və 1 xal qazanıb.

Hazırda “Arsenal” 10 xalla ikinci pillədə qərarlaşıb. “Şəhərlilər” isə 7 xalla doqquzuncu yerdədir.