Füzulidə iki avtomobil toqquşub – Yaralananlar var

Baş səhifə

Füzuli. Trend:

Füzuli rayonunda baş verən zəncirvari qəzada 4 nəfər xəsarət
alıb.

Trend-in Qarabağ
bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun Yuxarı
Yağlıvənd kəndi ərazisində baş verib. Hərəkətdə olan “KİA” və 2 “Mercedes” markalı avtomobil toqquşub.

Baş verən qəza zamanı xəsarət alanlar, Beyləqan rayon Birinci
Şahsevən kənd sakinləri 2003-cü il təvəllüdlü Əmirzadə Fərid Fəxri
oğlu, 2002-ci il təvəllüdlü İbrahimov Füzuli Sədrəddin oğlu, Füzuli
rayon Bala Bəhmənli kənd sakini 1969-cu il təvəllüdlü Niyazova
Kübra Oruc qızı və Füzuli rayon Böyük Bəhmənli kənd sakini 1992-ci
il təvəllüdlü Mirzəyev Cavid Koroğlu oğlu müxtəlif dərəcəli xəsarət
alaraq Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.




Daxil olan yaralılara ilkin tibbi yardım göstərilib. Vəziyyəti
ağır olduğundan İbrahimov Füzuli Sədrəddin oğlunun müalicəsi
müvafiq şöbədə davam etdirilir. Digər xəsarət alanlar isə müalicə
və müayinə aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir