Azərbaycan millisi güləş üzrə dünya çempionatına iki yeri tutub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya
çempionatına yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, mötəbər yarışda
1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşi üzrə
millimiz 89 xalla komanda hesabında dünya ikincisi olub. İran (180)
birinci, Özbəkistan (72) isə üçüncü yeri tutub.




Xatırladaq ki, yığmanın tərkibində Ülvü Qənizadə (72 kq) qızıl,
Həsrət Cəfərov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad
Əhmədiyev (97 kq) bürünc medal qazanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir