Tovuz sakininin döyülərək öldürüldüyü müəyyən edilib

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 18-də Tovuz rayonunun Əyyublu kəndində 1961-ci il
təvəllüdlü Elxan Kərim oğlu Məmmədovun meyiti tapılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən Trend-ə məlumata görə, polis
əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun kənd sakini,
əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Yaşar Musa oğlu
Qasımov tərəfindən döyülərək qəsdən öldürüldüyü müəyyən edilib.




Şübhəli şəxs Y.Qasımov saxlanılaraq istintaqa təhvil
verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir