Bakıda çoxmənzilli binada yanğın başlayıb

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhərinin Yasamal rayonunda yerləşən çoxmənzilli binada mənzildə
yanğın olması barədə ilkin məlumat daxil olub.

Trend-in
məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat
Xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə
qüvvələri çağırış üzrə cəlb olunublar.




Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz
tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.