
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Fələstin-İsrail münaqişəsinin
diplomatik yolla həllinə nail olacağına ümid etdiyini bildirib.
Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Arizonadan Vaşinqtona
uçan təyyarədə Ağ Evin mətbuat xidmətinin müxbirlərinə deyib.
“Buna ümid edirəm. Diplomatik həll yolu görmək istərdim. Qəzəb,
nifrət çoxdur, siz bunu bilirsiniz, bu, uzun illərdir davam edir.
Ümid edirəm nəyəsə nail olacayıq”, – deyə o bildirib.

