
Bakı. Trend:
Yaxın zamanlarda “Arkia Israeli Airlines” aviaşirkəti
Azərbaycana hava reysləri təşkil edəcək.
Bunu Trend-ə
İsrailin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Ronen
Krausz bildirib.
“Biz ümidvarıq ki, oktyabr ayında daha bir şirkət – “Arkia”
Azərbaycana reyslər həyata keçirməyə başlayacaq”, – deyə o qeyd
edib.
Fövqəladə və səlahiyyətli səfirin sözlərinə görə, İsraildən
gələn sərnişinləri 100 faizini turistlər təşkil edir, hərçənd
“Azərbaycan Hava Yolları” (AZAL) reyslərindən eyni zamanda tranzit
sərnişinlər də istifadə edirlər.
Səfir son zamanlar investisiyaların artmasına da diqqət çəkib.
2025-ci ilin ilk altı ayı ərzində İsrail Azərbaycandan
investisiyaların həcminə görə birinci yerdə qərarlaşıb, bu isə öz
növbəsində SOCAR-ın İsrailin “Tamar” qaz yatağına qoyduğu
yatırımlarla əlaqədardır.
“Əvvəlcə bu rəqəmləri görmək məni çox sevindirdi. Bu, Azərbaycan
və İsrail arasında münasibətlərin əhəmiyyətinin göstəricisidir. Biz
əməkdaşlıqdan danışanda söhbət yalnız siyasi səviyyədən getmir, həm
də iqtisadi müstəvidən gedir. Bu məlumatlar göstərir ki, hər iki
ölkə münasibətlərin inkişafına inanır, onlara sərmayə qoymağa
hazırdır və əməkdaşlığın perspektivləri artacaq, genişlənəcək və
hər iki tərəf üçün daha çox uğurlu nəticələr verəcək”, – deyə
Krausz bildirib.
Gələcək birgə tədbirlər və mümkün qarşılıqlı səfərlərdən danışan
diplomat qeyd edib ki, tərəflər bunun üzərində işləyir.
“Ümid edirəm ki, ilin sonunadək sizinlə bölüşə biləcəyimiz
xəbərlər olacaq. Biz fəal şəkildə əməkdaşlığın yeni istiqamətlərini
axtarırıq. İlk növbədə, noyabrda Azərbaycanda Avropa ravvinlərinin
konfransı keçiriləcək və bu, Avropa və digər ölkələrdən çoxsaylı
ravvinləri bir araya gətirəcək. Ümidvaram ki, orada İsraildən də
nümayəndələri görəcəyik. Həmçinin yüksək səviyyəli nümayəndə
heyətlərinin Azərbaycana və İsrailə əlavə səfərlərinin təşkili
üzərində də işləyirik”,- deyə İsrailli diplomat əlavə edib