Paytaxtda Formula 1-dən sonra yol məhdudiyyətlərinin böyük hissəsi aradan qaldırılıb

Baş səhifə

Bakı. Trend:

Son 9 ildə ilk dəfə olaraq, Formula 1 həftəsindən sonra cəmi 12
saat ərzində yol məhdudiyyətlərinin böyük hissəsi aradan
qaldırıldı.

Trend Bakı Şəhər Halqası
Əməliyyat Şirkətinə istinadən xəbər verir.

Bildirilir ki, Formula 1 Azərbaycan Qran-Prisi 2025 başa
çatdıqdan sonra şəhərdə halqa infrastrukturu və Azneft dairəsindəki
tribunalarda tam söküntü işləri aparılaraq, mərkəzi küçələr
nəqliyyatın istifadəsinə qaytarılıb:




“Söküntü işlərinin ilk gecəsində, saat 06:00-dan etibarən,
Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən
Puşkin küçəsi ilə kəsişməsinədək olan hissə istisna olmaqla,
hərəkət tam bərpa edilib”.

“Qeyd edək ki, yarış həftəsində bağlı olan yolların əksər
hissəsi, şəhərdə tıxacların azaldılması məqsədilə, müəyyən vaxt
intervalında sürücülərin istifadəsinə açıq olub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti şəhər sakinlərinə və
sürücülərə göstərdikləri anlayışa görə təşəkkürünü bildirir”, –
məlumatda vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir