
Bakı. Trend:
Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi islahatlar və
qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün
ölkəmizdə geniş və əlverişli imkanlar yaratmışdır.
Trend xəbər
verir ki, Prezident İlham Əliyev bu gün Bakıda keçirilən I
Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına
ünvanladığı müraciətdə deyib.
Prezident İlham Əliyev vurğulayıb ki, məhz bu səbəbdən
2004-2024-cü illər ərzində iqtisadiyyatımıza 344,4 milyard ABŞ
dolları həcmində sərmayə qoyulmuş, bunun əhəmiyyətli hissəsi və ya
213,2 milyard ABŞ dolları qeyri-neft sektorunun inkişafına
yönəlmişdir. Bu, xarici investorların Azərbaycana olan etimadı,
ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz
göstəricisidir.