
Bakı. Trend:
Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə
çevrilmişdir.
Trend xəbər verir ki, Prezident İlham Əliyev bu
gün Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun
iştirakçılarına ünvanladığı müraciətdə deyib.
Prezident İlham Əliyev vurğulayıb ki, 2021-2024-cü illərdə
qeyri-neft sektoru hər il orta hesabla 6,7% artmış və onun ümumi
iqtisadiyyatda payı 68%-ə yüksəlmişdir.
“Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə
artmışdır. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin
əyani göstəricisidir”, – deyə dövlət başçısı vurğulayıb.

