
Bakı. Trend:
Bu gün keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya
Forumu əməkdaşlıq və sərmayə cəlbinin yeni mərhələsi üçün
başlanğıcdır.
Trend xəbər verir ki, bu fikir Azərbaycan
Prezidenti İlham Əliyevin Bakıda keçirilən Birinci Azərbaycan
Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində yer
alıb.
Dövlətimizin başçısı qeyd edib ki, bizim əsas məqsədimiz
innovativ biznes ideyalarının reallaşdırılması və əlverişli işgüzar
imkanların genişləndirilməsidir.
“Mən hamınızı kapital, texnologiya və ideyalarınızı Azərbaycana
gətirməyə dəvət edirəm.
Əminəm ki, sizin ideya və təşəbbüslərinizin Azərbaycanda real
layihələrdə əksini tapması uğurlu əməkdaşlığa və ümumi rifaha
möhkəm zəmin yaradacaqdır”, – deyə Prezident İlham Əliyev
vurğulayıb.