
Bakı. Trend:
Azərbaycan Prokurorluğu yüz ildən artıq bir tarixə malikdir.
Çətin və mürəkkəb sınaqlarla zəngin bu şərəfli və məsuliyyətli
tarixi yolda prokurorluq institutu bir neçə inkişaf mərhələsindən
keçib.
Trend xəbər
verir ki, bunu Azərbaycan Baş prpkuroru Kamran Əliyev “Suverenliyin
keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda
beynəlxalq konfransda çıxışı zamanı deyib.
Baş prokuror vurğulayıb ki, müstəqil Azərbaycanın ilk
Konstitusiyası milli prokurorluq orqanlarının dövlətin və
cəmiyyətin həyatında yeri və roluna da yeni baxış gətirib.
K.Əliyevin sözlərinə görə, prokurorluq məhkəmə hakimiyyətinə aid
edilsə də, Əsas Qanun prokurorluğun müstəqilliyini təsbit edib:
“Konstitusiya və sahəvi qanunlarla prokurorluq dövlətin və
cəmiyyətin mənafeyini müdafiə edən ali orqan kimi müəyyən
edilib.
Prokurorluğun Azərbaycan Konstitusiyasında müəyyən edilən
statusu qanunun aliliyinin təmin olunması, insan və vətəndaş
hüquqlarının müdafiəsi, dövlətin və cəmiyyətin maraqlarının
qorunması sahəsində müstəqil və obyektiv fəaliyyət göstərməsinə
təminat verir.
Prokurorluq institutu həm hüquqi dövlətin möhkəmlənməsinə, həm
də cəmiyyətimizin demokratik inkişafına mühüm xidmət göstərir”.
O çıxışının sonunda qeyd edib ki, bu konfrans qarşılıqlı əlaqələrin
daha da inkişaf etdirilməsinə xidmət edəcək.