
Bakı. Trend:
Cari ilin ilk altı ayı ərzində Latviyadan Azərbaycana birbaşa
xarici investisiyasların həcmi 6,744 milyon dollar təşkil edib.
Trend Azərbaycan
Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü
ilə müqayisədə 4,905 milyon dollar və ya 3,7 dəfə çoxdur.
Latviyanın Azərbayca iqtisadiyyatına qoyulmuş birbaşa xarici
investisiyaların ümumi həcmindəki payı hesabat dövründə 0,2 faiz
təşkil edib.
Müqayisə üçün bildirək ki, 2024-cü ilin ilk altı ayı ərzində
Latviyadan Azərbaycana birbaşa xarici investisiyalar 1,839 milyon
dollar təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin ilk altı ayında Azərbaycanın
iqtisadiyyatına qoyulan ümumi birbaşa xarici investisiyaların həcmi
3,222 milyard ABŞ dollarını ötüb ki, bu da 2024-cü ilin analoji
dövrü ilə müqayisədə 244,295 milyon dollar və ya 8,2 faiz
çoxdur.
Eyni zamanda, hesabat dövründə Azərbaycanın xarici ölkələrin
iqtisadiyyatlarına yönəltdiyi birbaşa xarici investisiyaların həcmi
1,350 milyard dollar təşkil edərək, 2024-cü ilin ilk altı ayı ilə
müqayisədə 351,561 milyon dollar və ya 35,2 faiz çox olub.

