Türkiyə bir sıra ABŞ mallarına tətbiq olunan gömrük rüsumlarını ləğv edib

Baş səhifə

Bakı. Trend:

Türkiyə hökuməti 2018-ci ildən bəri bir neçə məhsul növ üçün
qüvvədə olmuş əlavə gömrük rüsumunu ləğv edib.

Trend xəbər verir
ki, bu barədə müvafiq qərar Türkiyə hökumətinin rəsmi qəzetində
dərc olunub.

Məlumata görə, ləğolunma 33 adda məhsula, o cümlədən, spirtli
içkilərə, avtomobillərə, tütün məmulatlarına və kosmetikaya şamil
olunub.




Türkiyə Ticarət Nazirliyinin bəyanatında bildirilib ki, qərar
“uğurlu və səmərəli danışıqların” nəticəsi olaraq qəbul edilib.

“Biz 100 milyard dollar həcmində ticarət dövriyyəsinə nail olmaq
üçün çalışmağa və bu məqsədi ABŞ-la Türkiyə arasında iqtisadi
münasibətlərin əsas hədəflərindən biri kimi həyata keçirməyə davam
edəcəyik”, qurumun açıqlamasında qeyd olunub.

Qeyd edək ki, əlavə gömürk rüsumların ləğvi qərarı Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfəri fonunda qəbul
edilib.