
Bakı. Trend:
“İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun formalaşacağı
mənbələr məlum olub.
Trend xəbər
verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)
İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin
Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma sahəsinin
təkmilləşdirilməsi ilə bağlı Fərmanına həsr edilən brifinqdə
bildirib.
” •Avtomobil benzininin, dizel yanacağının və maye qazın hər
litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi;
* nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində
müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə
ödənilən haqq. (Nazirlər Kabineti məbləği ilə bağlı təkliflərini 3
ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir)” – deyə
sədr əlavə edib.

