Azərbaycanda ictimai nəqliyyatda “brutto müqavilə” sisteminin ilk tətbiq ediləcəyi yerlər açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda ictimai nəqliyyatda “brutto müqavilə” sisteminin
ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin
və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində
nağdsız ödəniş sisteminə keçirilmiş sıxılmış təbii qazla və
elektrik mühərriki ilə təchiz edilmiş avtobuslara tətbiq
ediləcək.

Trend xəbər
verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)
İdarə Heyətinin sədri Anar Rzayev
Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəm
sərnişindaşıma sahəsinin təkmilləşdirilməsi ilə bağlı Fərmanına
həsr edilən brifinqdə bildirib.




O qeyd edib ki, Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə,
həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel
mühərrikli avtobusların sistemin əhatə dairəsinə daxil edilməsi
nəzərdə tutulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir