
Bakı. Trend:
Yeni qaydalar hər bir daşıyıcını sürətli şəkildə nağsız ödəniş
sisteminə təşviq edəcək.
Trend xəbər
verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)
İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin
Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma sahəsinin
təkmilləşdirilməsi ilə bağlı Fərmanına həsr edilən brifinqdə
jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Yeni qaydaların əsas məqsədlərindən biri bütün avtobuslarda
vahid, nağdsız ödəniş sisteminin tətbiqidir. Yalnız bu imkan tam
təmin olunduqdan sonra təqaüdçülər, tələbələr və digər sosial
kateqoriyadan olanlar üçün güzəştli gediş haqqı mexanizmlərinin
tətbiqi mümkün olacaq. Yeni model daşıyıcıları sürətlə bu sistemə
keçməyə təşviq edir” – o əlavə edib.

