
Bakı. Trend:
Böyük sayda fərdi avtomobillərin şəhərə daxil olması sıxlıq,
tıxac yaradır və bununla yanaşı şəhərin bir çox yerində ümumi
hərəkətin intensivliyinə, ictimai nəqliyyatın hərəkətinə,
mikromobillik vasitələrin təhlükəsiz sürüşlərinə maneə yaradır,
ekoloji vəziyyəti pisləşdirir, səs kirliliyi artırır.
Trend xəbər
verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)
İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin
Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma sahəsinin
təkmilləşdirilməsi ilə bağlı Fərmanına həsr edilən brifinqdə
jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Ödənişli hərəkət zonalarının tətbiqi sözügedən problemləri həll
etməyə yönəlmiş beynəlxalq təcrübədir”, – deyə o əlavə edib.