Hindistanda daşqınlarda ölənlərin sayı 400 nəfəri ötüb

Baş səhifə

Bakı. Trend:

Hindistanın şimalında yerləşən Himaçal-Pradeş ştatında iyun
ayından bəri davam edən daşqın və torpaq sürüşmələri nəticəsində
448 nəfər həyatını itirib.

Trend xəbər verir
ki, bu barədə Hindistanın qeyd olunan ştatının təbii fəlakətlərlə
mübarizə idarəsi məlumat yayıb.




“Musson qurbanlarının sayı 448 nəfərə çatıb, qurbanlardan 187-i
yağıntı ilə əlaqədar yol-nəqliyyat hadisələrində ölənlər olub”,-
məlumatda qeyd olunur.

Bundan əvvəl rəsmi itki sayı 341 nəfər təşkil edirdi.