Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb (FOTO) (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Tərtər şəhərindən yola salınan növbəti köç karvanı Ağdərə
rayonunun Həsənriz kəndinə çatıb.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Həsənriz kəndinə
köçürülən ümumilikdə 115 nəfər olmaqla 29 ailə öz dədə-baba yurdu
olan Ağdərə rayonun Həsənriz kəndinə çatıb.

Daha sonra köç edən ailələrə yeni sahib olduqları evlərin
açarları təqdim ediləcək.

xxx

11:50




Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Qayıdış proqramına
uyğun olaraq Həsənriz kəndinə köç edənlər bu günə kimi
respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda,
sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış
ailələrdir.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Ağdərə rayonunun
Həsənriz kəndinə 29 ailə olmaqla 115 nəfər köçürülür.

Doğma yurda qayıdan sakinlər Tərtər şəhər Bayraq Meydanından
yola sala salınıb. Hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə, koç edən ailələr Prezident İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür
ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli
Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən
şəhidlərimizə rəhmət diləyiblər.