Öbəkistan Azərbaycanda kiçik və orta biznesin inkişafını dəstəkləyəcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Özbəkistan arasında biznes əlaqələrinin daha da
inkişaf etdirilməsi nəzərdə tutulur.

Bunu Trend
açıqlamasında Özbəkistan Ticarət və Sənaye Palatası sədrinin
müşaviri Saidnazırxanov Saidkomıl Saidaxmadxanoviç Bakıda keçirilən
1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində
bildirib.

Onun sözlərinə görə, bu forum Özbəkistan və Azərbaycan
arasındakı əməkdaşlıq imkanlarını daha da artıracaq: “”Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti” (AUIC) üzvləri
arasında danışıqlar aparıldı. Danışıqlar nəticəsində Özbəkistan
orta və kiçik bizneslərin inkişafını dəstəkləyəcəyini açıqladı. Bu,
əlbəttə, gələcəkdə iki dövlət arasındakı iqtisadi imkanların
genişləndirilməsinə mühüm töhfə verəcək”.




Sədr Özbəkistanın Azərbaycanla bağlı gələcək planlardan da
danışıb: “Gələcək planlara gəldikdə, iki dövlət arasındakı biznes
əlaqələrinin daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Dövlətlər
bir-biri ilə əməkdaşlığı gücləndirəcək, müxtəlif işgüzar
platformalar və dialoq imkanları yaradacaq. Orta və kiçik biznes
üçün bu, iki dövlət arasındakı əməkdaşlığı daha da irəlilətmək üçün
yaxşı bir platforma olacaq. Bu isə bizə mövcud imkanlardan maksimum
yararlanmağa şərait yaradır. Özbəkistan bu məqsədlə qısa müddətdə
lazımi addımlar atıb. Bundan sonra Azərbaycan tərəfi də öz
imkanlarını təqdim edərək qarşılıqlı faydalı əməkdaşlığı
gücləndirəcək”.

Palata rəsmisi qeyd edib ki, bunun nəticəsi olaraq, iki dövlət
arasında innovasiya və inkişaf imkanları artırılacaq: “Eyni zamanda
hər iki ölkənin iqtisadi sektoru da bu əməkdaşlıqdan fayda
götürəcək. Beləliklə, Azərbaycan və Özbəkistan arasındakı
əməkdaşlıq daha da genişlənəcək və yeni imkanlar yaradılacaq”.