İstanbulda Azərbaycan məktəbi açılacaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycan-Türkiyə təhsil əlaqələrinin genişlənməsi çərçivəsində
İstanbulda fəaliyyət göstərəcək Azərbaycan məktəbi həm orada
yaşayan soydaşlarımızın uşaqlarının ana dilində və milli ruhda
təhsil almasına, həm də iki ölkə arasında təhsil əməkdaşlığının
daha da güclənməsinə xidmət edəcək. Bu imkan iki qardaş ölkə
arasında təhsil əməkdaşlığının daha da möhkəmlənməsi baxımından
mühüm əhəmiyyət daşıyır.

Trend
xəbər verir ki, bu fikirləri bu gün Bakı Türk Anadolu liseyinin
yeni binasının açılış mərasimində elm və təhsil naziri Emin
Əmrullayev səsləndirib.




“Bu bizim üçün bir ilk olacaq. Təcrübəmizdə ilk dəfə
Azərbaycandan kənarda fəaliyyət göstərəcək Azərbaycan məktəbi
modelini həyata keçirəcəyik. Eyni zamanda düşünürəm ki, bu məktəb
İstanbulda işləyən və ya digər səbəblərlə yaşayan Azərbaycan
vətəndaşları üçün də əhəmiyyətli fürsət yaradacaq. Bu baxımdan bu
layihə Azərbaycan və Türkiyə təhsil sistemləri arasındakı dostluğu
daha da möhkəmləndirəcək”, – deyə o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir