
Bakı. Trend:
Çin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əlaqələri
möhkəmləndirmək niyyətindədir.
Trend xəbər verir
ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Bakıda keçirilən I
Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı
deyib.
Onun sözlərinə əsasən, Cənubi Qafqaz və Mərkəzi Asiya həm
regional, həm də qlobal müstəvidə mühüm rol oyanamaqdadır. Unikal
coğrafı üstünlükləri olan bu regionlar Asiya ilə Avropanın
kəsişməsində yerləşir və Asiya ilə Avropanı birləşdirmək üçün
möhkəm təmələ və potensiala malikdirlər
“Bu regionlar ticarət, sivilizasiyalararası dialoq, eləcə də
dünyanın elm və texnologiya sahələrinin inkişafına unikal töhfə
verəcək. Buna görə Çin bu regiona böyük önəm verir və regiondakı
bütün ölkələrlə dostluq münasibətlərini dəstəkləyir. Gələcəkdə biz
ticarət və investisiyalar, nəqliyyat və infrastruktur əməkdaşlığı,
energetika, “yaşıl” və rəqəmsal innovasiyalar, eləcə də insan
əlaqələrinin möhkəmləndirilməsi daxil olmaqla bütün sahələrdə bu
ölkələrlə tərəfdaşlığı daha da gücləndirəcəyik”, – deyə səfir
bildirib.
Lu Mey qeyd edib ki, qlobal iqtisadiyyat dərin inteqrasiya
olunub və hər bir ölkənin uğuru digər ölkələrin uğurundan
asılıdır.