2024-cü il ərzində Azərbaycandan keçən tranzit yüklərin ümumi həcmi açıqlandı

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın əlverişli coğrafi və strateji mövqeyinin
möhkəmləndirilməsinə yönəlmiş proqram və layihələrin uğurla icrası
nəticəsində ölkədə tranzit yükdaşımaların həcmi 2024-cü ildə 14,5
milyon tona çatıb.

Bu haqda Trend
Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə
istinadən xəbər verir.

Hesablamalara görə, Azərbaycan ərazisindən keçən nəqliyyat
dəhlizləri üzrə tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə
21,8% artıb. Bu, 2023-cü ildəki göstəricidən 8,4% çoxdur və 2019-cu
ilin göstəricisini isə 2,5 dəfə üstələyir.




2023-cü illə müqayisədə avtomobil daşımalarının həcmi 11%, dəmir
yolu daşımalarının həcmi 6%, hava daşımalarının həcmi isə 12%
artıb.

Xüsusilə, dəmir yolu ilə tranzit yükdaşımaların həcmi 2022-ci
ildə 7,4 milyon ton təşkil etdiyi halda, 2023-cü ildə 6,7 milyon
tona enib, 2024-cü ildə isə 7,0 milyon tona yüksələrək 2023-cü illə
müqayisədə 5,6% artım nümayiş etdirib. Avtomobil daşımalarının
həcmi 2022-ci ildə 4,3 milyon tondan 2024-cü ildə 7,2 milyon tona
qədər yüksələrək 10,5% artıb. Hava daşımaları isə 2022 və 2024-cü
illərdə 0,3 milyon ton təşkil edib, 2023-cü ildə isə kiçik azalma
ilə 0,2 milyon tona enib; ümumilikdə 2024-cü ilə qədər hava
daşımalarında 25,6% artım qeydə alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir