
Bakı. Trend:
Orta dəhliz Asiya və Avropa ölkələri arasında yükdaşımalarında
mühüm rol oynayır.
Trend xəbər verir
ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey I Azərbaycan Beynəlxalq
İnvestisiya Forumunda çıxışında deyib.
“İnfrastruktur əlaqəliliyin təşviqi “Bir kəmər, bir yol”
təşəbbüsünün əsas elementlərindən biri olaraq qalmaqdadır. Çin
tərəfdaşları ilə birlikdə regionda China–Europe Railway Express və
Orta dəhlizin tikintisi vasitəsilə dəmir yolu əlaqələrini fəal
şəkildə gücləndirir, həmçinin Çin-Qırğızıstan-Özbəkistan kimi digər
mühüm dəmir yolu marşrutlarını inkişaf etdirərək bütövlükdə
Avrasiya məkanında kompleks və çoxölçülü nəqliyyat şəbəkəsi
yaradır”, – deyə diplomat əlavə edib.
O qeyd edib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri “Bir
kəmər, bir yol” təşəbbüsü çərçivəsində fəal əməkdaşlıq edirlər.