
Bakı. Trend:
Baş Prokurorluğun sosial media səhifəsində paytaxtın Nərimanov
rayon sakini Süleymanov Zeyqəm Muradəli oğlu özünə məxsus hesabdan
prokurorluq orqanlarına ünvanladığı şikayətinə obyektiv
baxılmamasına dair bir neçə dəfə məlumat paylaşıb.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, vətəndaş Z.M.Süleymanov
dəfələrlə etdiyi şikayətlərində təkidlə keçmiş gəlininin öz azyaşlı
övladına fiziki zor tətbiq edərək işgəncə verməsi ilə bağlı
məsuliyyətə cəlb edilməsini tələb edib, lakin araşdırmalarla
göstərilən faktlar təsdiq olunmayıb.
Müvafiq qərar Baş Prokurorluq tərəfindən də öyrənilərək qanuni
və əsaslı hesab edilib, vətəndaş dəfələrlə qəbul edilərək
dinlənilmiş və ona qanunvericiliyin tələbləri ətraflı izah olunsa
da, sonuncu israrla əsassız tələblərini davam etdirib.