Bakı Limanında təhlükəli yüklər daşıyan TIR-lar üçün müvəqqəti park ərazisi istifadəyə verilib

Baş səhifə

Bakı. Trend:

ADY-nin Bakı Limanının ərazisində sahəsi 32 sot olan müvəqqəti
TIR park ərazisi istifadəyə verilib.

Bakı Limanından Trend-ə verilən məlumata görə, bu sahədə təhlükəli
yüklər daşıyan ümumilikdə yeddi yük avtomobilinin parklanması
mümkündür.

Park ərazisində birinci kateqoriyalı təhlükəli yüklər üçün iki,
ikinci və üçüncü kateqoriyalı yüklər üçün isə beş parklanma zonası
yaradılıb.




Ərazi 24 saat rejimində mühafizə olunur, yanğınsöndürmə
kommunikasiya xətləri və hidrantla təchiz edilib. Eyni zamanda
burada təhlükəli yüklərin əraziyə dağılması zamanı qabaqlayıcı
tədbirlərin görülməsi üçün zəruri vasitələr mövcuddur. Park sahəsi
həmçinin təhlükəli yüklərlə davranış qaydalarını əks etdirən
müvafiq nişanlarla təmin edilib.

Qeyd edək ki, təhlükəli yüklər üçün müvəqqəti ayrılmış bu
sahənin və mövcud infrastrukturun gələcəkdə daha da
genişləndirilməsi və inkişaf etdirilməsi nəzərdə tutulur.