Azərbaycan Ordusunun Baş Qərargah rəisi belaruslu həmkarı ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Belarus Respublikasında işgüzar səfərdə olan müdafiə nazirinin
birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi
general-polkovnik Kərim Vəliyev sentyabrın 22-də bu ölkənin Silahlı
Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini
general-mayor Pavel Muraveyko ilə görüşüb.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə
hərbi əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf
perspektivləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə
edilib.

Tərəflər qarşılıqlı maraq doğuran mövzular barəsində də ətraflı
fikir mübadiləsi aparıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir