
Bakı.Trend:
Cəlilabad rayonu, Alar kəndində fəaliyyət göstərən sahibkara
məxsus ət satış məntəqəsində normativ tələblər pozulub.
Trend AQTA-ya
istinadən xəbər verir ki, Əliyev Zahir Miri oğluna məxsus ət satışı
məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları
tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların
tələblərinin pozulduğu məlum olub.
“Belə ki, məntəqədə sanitar-gigiyenik tələblərə əməl olunmadığı,
müvafiq təmizlik işlərinin aparılmadığı, işçinin xüsusi geyim və
fərdi mühafizə vasitələrindən istifadə etmədiyi müəyyən olunub.
Həmçinin sahibkarın qanunsuz kəsim fəaliyyəti göstərdiyi, baytarlıq
ekspertizasından keçirilməyən, müvafiq müşayətedici sənədləri
olmayan ətlərin satışa çıxarıldığı aşkarlanıb”, – məlumatda
bildirilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib,
nöqsanların aradan qaldırılması və sağlamlaşdırma işlərinin
görülməsi üçün vaxt verilib.