Beynəlxalq İnvestisiya Forumunun ilk günündə imzalanan layihələrin dəyəri açıqlanıb

Baş səhifə

Azərbaycanda keçirilən Beynəlxalq İnvestisiya Forumunun birinci günündə imzalanmış sənədlərin və layihələrin ümumi dəyəri 5,5 milyard ABŞ dollarından artıqdır.

APA-Economics” xəbər verir ki, bunu Forum çərçivəsində jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, sabah, yəni Forumun ikinci günündə həm Azərbaycanda, həm də ölkəmizdən kənarda şirkətlərimiz tərəfindən həyata keçiriləcək iqtisadi və investisiya layihələrinə dair bir sıra digər mühüm sənədlər imzalanacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir