“Qızıl top” bu axşam Yamala veriləcək – Xəbər mediaya sızdırıldı

Baş səhifə

Bu gün UEFA və “France Football” jurnalının birgə layihəsi olan “Qızıl top” mükafatı təqdim olunacaq.

Modern.az xəbər verir ki, mərasim Parisdəki Şatle teatrında keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, dünyanın ən yaxşı futbolçusu milli komandaların baş məşqçiləri, kapitanları və idman jurnalistlərinin səsverməsi ilə müəyyən ediləcək. Qalib təqvim ili üzrə deyil, 2024/25 mövsümünün nəticələrinə görə seçiləcək.

Lakin hələ mükafatlandırma mərasimindən əvvəl sosial şəbəkələrdə “Qızıl top”un nəticələri yayılıb. Bu məlumata görə, ilin ən yaxşı oyunçusu adına İspaniya çempionu “Barselona”nın gənc hücumçusu, cəmi 18 yaşı olan Lamin Yamal layiq görüləcək.