Bu günə qədər Azərbaycan neft-qaz sektoruna 144 milyard ABŞ dollarından çox xarici investisiya cəlb edib – Nazir

Baş səhifə

Bakı. Trend:

Bu günə qədər Azərbaycan neft-qaz sektoruna 144 milyard ABŞ
dollarından çox xarici investisiya cəlb edib.

Trend xəbər verir ki, bunu Azərbaycanın enenergetika naziri
Pərviz Şahbazov bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq
İnvestisiya Forumunda bildirib.




O qeyd edib ki, Azərbaycan regionda Xəzər dənizini beynəlxalq
sərmayədarlara açan və Xəzərdən Aralıq dənizi, Qara dəniz və
Adriatikə enerji dəhlizləri yaradan ilk ölkə olmuşdur: “Bu günədək
Bakı–Tbilisi–Ceyhan kəməri vasitəsilə Azərbaycandan 540 milyon ton
neft, Mərkəzi Asiya ölkələrindən isə 53 milyon ton neft dünya
bazarlarına nəql olunub”.