
Bakı. Trend:
22.09.2025-ci il saat 11:00 radələrində 2008-ci il təvəllüdlü
(kişi cinsli) şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına
hospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat
verilib.
Bildirilib ki, ona döş qəfəsinin ön səthinin, bel və sağ sağrı
nahiyyəsinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları, bədənin çoxsaylı
sıyrılmış yaraları diaqnozu təyin olunub.
“Xəsarət alan şəxsin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə
şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır
qiymətləndirilir”,- deyə əlavə edilib.