Yanvar-avqust aylarında Azərbaycandan Tunisə ixrac olunan neftin həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Tunisə 187 milyon
ABŞ dolları dəyərində və 102,3 min ton həcmində xam neft və bitumlu
süxurlardan alınan neft məhsulları ixrac olunub.

Bu barədə Trend
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində bu
göstərici 37,4 milyon ABŞ dolları və ya 20,7 faiz, həcm baxımından
isə 69,7 min ton və ya 27,2 faiz azalıb.




Ötən ilin ilk altı ayında Azərbaycandan Tunisə 163,9 milyon ABŞ
dolları dəyərində 256,6 min ton neft və neft məhsulları ixrac
olunmuşdu.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında Azərbaycandan 20
ölkəyə ümumilikdə 8 milyard 396 milyon ABŞ dolları dəyərində və 15
milyon 925 min ton həcmində xam neft və neft məhsulları ixrac
edilib. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 1 milyard 912 milyon ABŞ dolları və ya 18,5 faiz az,
həcminə görə isə 551 min 50 ton və ya 3,3 faiz azdır.