Abşeron dairəvi marşrutunda sərnişin sayı rekord həddə çatıb

Baş səhifə

15-21 sentyabr həftəsində Abşeron dairəvi marşrutu üzrə ümumilikdə 231 min 655 sərnişin, o cümlədən sentyabrın 16-da 42 min 490 sərnişin səfər edib. Bu, həm həftəlik, həm də günlük rekord göstəricilərdir.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Bildirilib ki, Sumqayıt-Bakı istiqamətində səfər edən sərnişinlərin sayında gündəlik 10%-ə yaxın artım qeydə alınıb.

Bundan başqa, reys sayının artırılması nəticəsində ötən ilin eyni dövrü ilə müqayisədə qatarlardakı sıxlıq 18 faiz azalıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.