Əli Nağıyev III Bakı Təhlükəsizlik Forumun keçirilməsində göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib

Baş səhifə

Forumun keçirilməsində göstərdiyi hərtərəfli dəstəyə görə
Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edirəm.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev
“Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların
və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında
təhlükəsizlik orqanlarının birgə fəaliyyəti” mövzusunda III Bakı
Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

DTX rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
təşəbbüsü ilə əsası qoyulan və ənənəvi olaraq hər il təşkil edilən
forumun iştirakçılarını növbəti dəfə Bakı şəhərində salamlamaqdan
məmnun olduğunu bildirib, dünyanın müxtəlif bölgələrindən olan
ölkələrin təhlükəsizlik orqanlarını dəyirmi masa ətrafında
birləşdirən və iştirakçı dövlətlərin sayının ildən-ilə artması ilə
müşayiət olunan bu tədbirin beynəlxalq təhlükəsizlik məsələlərinin
müzakirəsi, məlumat və qarşılıqlı fikir mübadilələrinin aparılması,
qlobal təhlükəsizliyə yönələn müasir çağırışlarla mübarizədə
səylərin birləşdirilməsi baxımından önəmli platformaya çevrildiyini
vurğulamış, forumun keçirilməsində göstərdiyi hərtərəfli dəstəyə
görə Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edib.




Xidmət rəisi beynəlxalq təhlükəsizlik sisteminə təhdidlər
sırasında yer alan terror hücumlarının, silahlı münaqişələrin,
texnogen qəzaların və ekoloji fəlakətlərin qarşısının alınmasında
xüsusi xidmət orqanlarının vacib rol oynadığını, sadalanan mənfi
təzahürlərin nəticəsində yaranan humanitar böhranlar zamanı
kompleks yanaşmanın sərgilənməsinin, ölkələrin təhlükəsizlik
qurumlarının və aidiyyəti təsisatlarının koordinasiyalı fəaliyyət
göstərməsinin zəruriliyini diqqətə çatdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir